• $
  • €
  • ₽
  • ₺
  • £

60 yaşdan yuxarı şəxslərdə xərçəng 7,6% artıb

60 yaşdan yuxarı şəxslərdə xərçəng 7,6% artıb
28.09.2026 10:29

Azərbaycanda 60 və yuxarı yaşlı şəxslər arasında ilk dəfə bədxassəli şiş diaqnozu qoyulanların sayı 2025-ci ildə əvvəlki illə müqayisədə 7,6% artaraq 7,705 nəfərə çatıb. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.


2024-cü ildə bu yaş qrupunda 7,163 yeni xəstəlik halı qeydə alınıb. İllik artım 542 nəfər təşkil edib və bu, yaş qrupları arasında say baxımından ən böyük artımdır.


Yaşlı qadınlar arasında yeni diaqnozların sayı 13,1% artaraq 3,311-dən 3,744-ə, kişilər arasında isə 2,8% artaraq 3,852-dən 3,961-ə yüksəlib.


Faiz ifadəsində ən yüksək artım 35-39 yaş qrupunda qeydə alınıb. Bu qrupda yeni diaqnozların sayı 608-dən 658-ə yüksələrək 8,2% artıb.


Ölkə üzrə ilk dəfə bədxassəli şiş diaqnozu qoyulanların ümumi sayı 2025-ci ildə cüzi azalaraq 15,164-dən 15,144 nəfərə düşüb.

Kişilər arasında göstərici 7,113-dən 6,787-yə enib, qadınlar arasında isə 8,051-dən 8,357-yə yüksəlib.

Gülnar Nazimqızı 

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol