Kürdəmirdə dəmir yolunun kənarında kişi meyiti tapıldı - ADY-dən açıqlama
Bu gün səhər saatlarında Kürdəmir sahəsində hərəkətdə olan yük qatarının maşinisti yolun kənarında bir nəfər kişi meyiti aşkarlayıb.Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, dərhal aidiyyəti üzrə məlumat verilib.
Hadisənin hansı şəraitdə baş verməsi araşdırılır.
***
Kürdəmir rayonunun Təklə kəndində ölüm hadisəsi baş verib.
APA xəbər verir ki, kənd sakini, 1976-cı il təvəllüdlü Vüqar Şahverdiyevi qatar vurub.
O, aldığı ağır xəsarətlərdən ölüb.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
Daha çox