Kəndlərdə doğuş zamanı ölən anaların sayı şəhərlərdən 43% yüksəkdir
Azərbaycanda kənd yerlərində hər 100 min diri doğuşa düşən ana ölümü göstəricisi 2025-ci ildə əvvəlki illə müqayisədə 27% azalıb, şəhərlərdə isə 81% artıb. Buna baxmayaraq, kənd yerlərində göstərici şəhərlərlə müqayisədə 43% yüksək olub. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
Kənd yerlərində göstərici 2024-cü ildəki 43,4-dən 2025-ci ildə 31,7-yə enib. Şəhərlərdə isə 12,2-dən 22,1-ə yüksəlib.
Ölkə üzrə ana ölümü göstəricisi 2024-cü ildəki 28,3-dən 2025-ci ildə 27,1-ə düşüb.
Gülnar Nazimqızı
Son xəbərlər
Daha çox