• $
  • €
  • ₽
  • ₺
  • £

Zorakılığa qarşı birləşək - Ombudsman

Zorakılığa qarşı birləşək - Ombudsman
25.11.2026 10:13

Ombudsman Səbinə Əliyeva gender əsaslı zorakılıqla üzləşən şəxsləri və belə hallardan məlumatlı olan vətəndaşları hüquq-mühafizə orqanlarına və ya Ombudsmanın “916” Çağrı Mərkəzinə müraciət etməyə çağırıb.

O, bu barədə “Gender əsaslı zorakılıqla mübarizə üzrə 16 günlük fəallıq” beynəlxalq kampaniyası ilə əlaqədar videomüraciətində bildirib.

Ombudsman qeyd edib ki, hər il noyabrın 25-dən dekabrın 10-dək keçirilən kampaniyanın builki şüarı “Qadınlara və qızlara qarşı zorakılığa son qoymaq üçün birləşək: Ədaləti bərqərar edək, zərərçəkənləri müdafiə edək, cəzasızlığa son qoyaq!”dır.

Səbinə Əliyevanın sözlərinə görə, qadın və qızlara qarşı zorakılıq fərdi və ya ailədaxili məsələ deyil, insan hüquqlarının kobud şəkildə pozulmasıdır.

“İnsan Hüquqları üzrə Müvəkkil olaraq bəyan edirəm ki, fiziki, psixoloji, iqtisadi və ya rəqəmsal olmasından asılı olmayaraq, zorakılığın heç bir formasına bəraət qazandırıla bilməz və bu kimi halların qarşısı qətiyyətlə alınmalıdır”, – o vurğulayıb.

Ombudsman Azərbaycan Respublikasında gender bərabərliyi üzrə 2026–2028-ci illər üçün Milli Fəaliyyət Planında nəzərdə tutulan hədəflərə nail olmaq üçün birgə səylərin vacibliyini qeyd edib. O, həmçinin medianı gender əsaslı zorakılığın bütün formalarının qarşısının alınmasına dəstək verməyə, gender bərabərliyi mədəniyyətini təbliğ etməyə çağırıb.

Səbinə Əliyeva bildirib ki, zorakılıqdan zərər çəkmiş şəxslər hərtərəfli müdafiə və qayğı ilə təmin olunmalı, onların ədalətli mühakimə hüququ qorunmalı, təqsirkarlar məsuliyyətə cəlb edilməlidir.

O, cəmiyyətdə aqressiv davranışların bütün təzahürlərinə qarşı birgə mübarizənin vacibliyini vurğulayıb.

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda ötən gün 60 nəfər saxlanılıb
Cəmiyyət 10:25
Azərbaycanda ötən gün 60 nəfər saxlanılıb
Lənkəranın 7 kəndində işıq olmayacaq
Cəmiyyət 10:04
Lənkəranın 7 kəndində işıq olmayacaq
Kəlbəcərdə 487 milyon manatlıq investisiya yatırılıb
Cəmiyyət 09:37
Kəlbəcərdə 487 milyon manatlıq investisiya yatırılıb
Yardımlıda ikinci sinif şagirdinin meyiti tapılıb
Cəmiyyət 23:10
Yardımlıda ikinci sinif şagirdinin meyiti tapılıb
Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava ilə bağlı sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:52
Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava ilə bağlı sürücülərə xəbərdarlıq edib
Dubay-Bakı reysinin sərnişinləri ilə gömrük nəzarəti zamanı insident yaşanıb - Video
Cəmiyyət 19:35
Dubay-Bakı reysinin sərnişinləri ilə gömrük nəzarəti zamanı insident yaşanıb - Video
"Sabah" - "Barselona" oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi dəyişdirilir
Cəmiyyət 18:07
"Sabah" - "Barselona" oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi dəyişdirilir
Pasiyentləri aldadan stomatoloq məhkəmə zalında həbs edilib
Cəmiyyət 17:58
Pasiyentləri aldadan stomatoloq məhkəmə zalında həbs edilib
Səbaildə memarlıq abidəsinə qanunsuz müdaxilə araşdırılır
Cəmiyyət 17:33
Səbaildə memarlıq abidəsinə qanunsuz müdaxilə araşdırılır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol