Rüstəm Qasımov
Bu gün biz sizinlə Azərbaycanın cənub bölgəsinə, Masallı, Yardımlı, Lerik, Astara, və Lənkəran kimi rayonların yerləşdiyi regiona səfər edəcəyik. Subtropik iqlim sayəsində burada nəinki müxtəlif növ bitkilər, o cümlədən bir çox sitrus meyvələr yetişir. Ancaq bizim bu dəfəki əsas məqsədimiz başqadır: regionun gəzməli, görməli yerlərində olmaq.
Yardımlıda yerləşən 34 metr hündüyündəki Təkdəm şəlaləsi regionun gözəlliklərindən biridir. Amma bura gələnəcən biz əvvəlcə Masallıya baş çəkdik. Masallıdan 13 kilometr aralıda yerləşən İstisu isə çoxlarına tanışdır. Viləş çayının sahilində yerləşən bu mineral suyun temperaturu 60 selsi dərəcədən çoxdur, yerli əhali bu suyu möcüzəvi adlandırır, o, bir çox dərdlərin dərmanıdır, onun tərkibində bir çox faydalı elementlər mövcuddur, hər litrində isə təqribən 30 milliqram yod var. İstisuda müalicəsi vannalar da fəaliyyət göstərir. Bu gözəl məkanda çoxlu kafelər fəaliyyət göstərir, siz burada cibinizə uyğun çox gözəl təamlardan dada bilərsiniz. Bundan sonra biz Yardımlıya, Təkdəm şəlaləsinə doğru irəliləməyə başladıq, İstisudan Təkdəmə təxminən 10 kilometr yol var. Beləliklə, Azərbaycanın cənub bölgəsinə səyahətimiz boyunca çəkdiyimiz fotoları təqdim edirik.
Xoş seyrlər:
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !