Cənubi Qafqazda sülhün bərqərar olması üçün tarixi imkan yaranıb - Paşinyan

16:01 | 16.09.2024
Cənubi Qafqazda sülhün bərqərar olması üçün tarixi imkan yaranıb - Paşinyan

Cənubi Qafqazda sülhün bərqərar olması üçün tarixi imkan yaranıb - Paşinyan

Cənubi Qafqazda sülhün bərqərar olması üçün tarixi imkan yaranıb. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib. 
 
"Sülh müqaviləsinin təxminən 80% razılaşdırılıb. Cənubi Qafqazda həqiqətən də münaqişənin səhifəsini bağlamaq və regionda davamlı sülhün bərqərar olması üçün tarixi imkan var. Mən əminəm ki, sülhdən faydalananlar təkcə Ermənistan və Azərbaycan deyil, həm də Gürcüstan, Türkiyə və İran bundan bərabər faydalanacaqlar", - Paşinyan Gürcüstana səfəri zamanı bildirib. 
 
Bundan əvvəl Nikol Paşinyan mətbuata açıqlamasında bildirib ki, Azərbaycan və Ermənistan arasında sülh sazişi sənədinin 13 bəndi artıq razılaşdırılıb, İrəvan yaxın vaxtlarda sənədi imzalamağa hazırdır. 
 
Azərbaycan Xarici İşlər Naziri də buna cavab olaraq bildirib ki, Ermənistan tərəfi, Azərbaycanın təqdim etdiyi şərhlərə adekvat reaksiya vermək əvəzinə layihədə əks olunması zəruri olan müddəaları çıxarmaqla problemlərə göz yummağa cəhd göstərib. Layihə üzrə indiyə qədər bir çox müddəalar, yəni təqribən 80% razılaşdırılsa da, bəzi müddəaların razılaşdırılması hələlik mümkün olmayıb. Ancaq bu o demək deyil ki, Ermənistan tərəfi təklif etdiyi kimi, razılaşdırılmamış müddəaları layihədən çıxarmaqla saziş imzalanmalıdır. 
 
Hazırda sülh sənədi ilə bağlı sonuncu təklifləri İrəvan Bakıya təqdim etdiyini açıqlayıb. 
 
zərbaycanla Ermənistan arasında hərbi əməliyyatlar 2020-ci ilin noyabrında dayandırılıb. Müvəqqəti olaraq Qarabağa Rusiya sülhməramlıları yerləşdirilib. Sülhməramlıların missiyası 2025-ci il başa çatır. 2023-cü ilin sentyabrında Azərbaycan Qarabağda lokal antiterror əməliyyatları keçirib. İşğaldan azad olunmuş ərazilərdə qalan separatçılar ağ bayraq qaldıdaraq təslim olub. Separatçıların saxta məmurları da həbs olunaraq Bakıya gətirilib. 
 
Hazırda iki ölkə arasında sülh müqaviləsi istimqamətində danışıqlar davam etdirilir. 
 
Gülnar Nazimqızı 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM