Cərimələrlə bağlı yeni xəbər

23:16 | 17.12.2015
Cərimələrlə bağlı yeni xəbər

Cərimələrlə bağlı yeni xəbər

Azərbaycanda tətbiqinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icazə verilməyən müalicə, profilaktika, diaqnostika və reabilitasiya metodlarının reklamına görə cərimələr artırılır.
 
Modern.az saytı xəbər verir ki, bu əmələ yol verənlər 2 min manatadək cərimə olunacaq. Milli Məclisdən verilən məlumata görə, yeni hazırlanan İnzibati Xətalar Məclləsi layihəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən icazə verilməyən müalicə, profilaktika, diaqnostika və reabilitasiya metodlarının reklamına görə vəzifəli şəxslər 300 manatdan 500 manatadək, hüquqi şəxslər isə 1000 manatdan 2000 manatadək cərimə ediləcəklər. Yeni layihədə həkim resepti əsasında buraxılan dərman vasitələrinin reklam edilməsinə görə cərimələrin məbləği də artırılır. Hazırda bu hala görə vəzifəli şəxslər 90 manat, hüquqi şəxslər 300 manat cərimə edilir. Yeni layihədə isə həkim resepti əsasında buraxılan dərman vasitələrinin reklamına görə də vəzifəli şəxslər 300 manatdan 500 manatadək, hüquqi şəxslər 1000 manatdan 2000 manatadək cərimə ediləcəklər.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür