Ceyhandan indiyə qədər ixrac edilən neftin həcmi bəlli oldu

15:20 | 08.09.2017
Ceyhandan indiyə qədər ixrac edilən neftin həcmi bəlli oldu

Ceyhandan indiyə qədər ixrac edilən neftin həcmi bəlli oldu

Avqust ayında Ceyhan limanından dünya bazarlarına çıxarılan neftin həcmi açıqlanıb.

anews.az SOCAR-a istinadən xəbər verir ki, avqust ayı ərzində 2 milyon 531 min 737 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb.

Qeyd edək ki, bu həcmin 1 milyon 733 min 485 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib.

Cari ilin yanvar-avqust aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 17 milyon 239 min 539 ton olub.

Ümumiyyətlə, BTC istismara verilən gündən 2017-ci il sentyabr ayının 1-nə qədər Ceyhan limanından 337 milyon 74 min 138 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb