• $ 1.7
  • € 2.0035
  • ₽ 0.021707
  • ₺ 0.0427
  • £ 2.336

Ceyhun Bayramov Pavel Knyazevi qəbul edib

Ceyhun Bayramov Pavel Knyazevi qəbul edib
29.03.2024 18:06
29 mart 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Pavel Knyazevi qəbul edib.Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.
 
Görüşdə Azərbaycan və Rusiya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyindən irəli gələn məsələlər, habelə regionda cari vəziyyət müzakirə olunub.
 
Nazir Ceyhun Bayramov iki ölkə arasında mövcud münasibətlərin regional və beynəlxalq platformalarda əməkdaşlığın genişləndirilməsinə müsbət təsir göstərdiyini diqqətə çatdırıb. Bir sıra beynəlxalq platformalarda əməkdaşlığın perspektivləri ətrafında müzakirə aparılıb.
 
Qarşı tərəf cari ildə Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi çərçivəsində tərəfimizdən aparılan danışıqlar prosesi, habelə görülən hazırlıq işləri barədə məlumatlandırılıb.
 
Postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, Azərbaycanın bölgədə sülh və quruculuq səylərindən bəhs edən nazir Ceyhun Bayramov, sülh prosesinin irəlilədilməsi istiqamətində yeni çağırışlar yaradan bir sıra addımların, o cümlədən regiondan uzaq yerləşən dövlətlərin öz birtərəfli mövqelərini bölgəyə proyeksiya etmək cəhdlərinin prosesə maneə törətdiyini bildirib.
 
Bu istiqamətdə, cari ilin 5 aprel tarixində keçiriləcək Aİ-Ermənistan-ABŞ müştərək konfransının bu cür qeyri-şəffaf və inklüziv olmayan mühitdə təşkili ilə bağlı ölkəmizin mövqeyinin, habelə bu kimi təşəbbüslərin revanşist əhval-ruhiyyənin hökm sürdüyü Ermənistanı yeni təxribatlara təşviq edə biləcəyi ilə bağlı narahatlıqlarımızın aydın şəkildə ifadə olunduğu vurğulanıb.
 
Mövcud çətinlik və çağırışlara baxmayaraq, ölkənin regional sülh və sabitliyin təmin edilməsi istiqamətində fəaliyyətini davam etdirmək əzmində olduğu diqqətə çatdırılıb.
 
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident Qarabağda yolun açılışını edib
Siyasət 11:00
Prezident Qarabağda yolun açılışını edib
Azərbaycan və Əfqanıstan rəsmiləri iqtisadi və diplomatik əlaqələri müzakirə edib
Siyasət 10:53
Azərbaycan və Əfqanıstan rəsmiləri iqtisadi və diplomatik əlaqələri müzakirə edib
Ayaz Səfərov həbs qərarından apellyasiya şikayəti verib
Siyasət 10:35
Ayaz Səfərov həbs qərarından apellyasiya şikayəti verib
Rusiya ilə Azərbaycan arasında strateji müttəfiqlik münasibətləri bəzilərinin xoşuna gəlmir -Zaxarova
Siyasət 10:20
Rusiya ilə Azərbaycan arasında strateji müttəfiqlik münasibətləri bəzilərinin xoşuna gəlmir -Zaxarova
Əliyev və Paşinyan iyulun sonunda Dubayda görüşə bilər
Siyasət 10:00
Əliyev və Paşinyan iyulun sonunda Dubayda görüşə bilər
Tramp Zəngəzur dəhlizi üzrə plan təqdim edib, Rusiya əsəbləşir
Siyasət 08:59
Tramp Zəngəzur dəhlizi üzrə plan təqdim edib, Rusiya əsəbləşir
Prezident Mirziyoyevlə görüşündən paylaşım edib - Video
Siyasət 00:01
Prezident Mirziyoyevlə görüşündən paylaşım edib - Video
Prezidentlər “Sea Breeze” istirahət mərkəzində
Siyasət 21:00
Prezidentlər “Sea Breeze” istirahət mərkəzində
Rusiyanın rəsmi müraciətlərinə Azərbaycan tərəfindən cavab verilmədiyi iddiaları əsassızdır - XİN
Siyasət 20:27
Rusiyanın rəsmi müraciətlərinə Azərbaycan tərəfindən cavab verilmədiyi iddiaları əsassızdır - XİN
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol