Cəzaçəkmə müəssisələrində səsvermə prosesi keçirilir

14:08 | 01.11.2015
Cəzaçəkmə müəssisələrində səsvermə prosesi keçirilir

Cəzaçəkmə müəssisələrində səsvermə prosesi keçirilir

Bu gün keçirilən parlament seçkilərində Ədliyyə Nazirliyi Penitensiar Xidməti üzrə 14 seçki dairəsini əhatə edən 24 seçki məntəqəsi təşkil olunub. 

Oxu.Az-ın xəbərinə görə, penitensiar müəssisələrdə səsvermə prosesi davam edir.
 
10 saylı Cəzaçəkmə Müəssisəsində 18 saylı Nərimanov seçki dairəsinin 35 saylı məntəqəsində səsvermə keçirilir.
 
Siyahı üzrə 920 seçicinin qeydiyyatda olduğu məntəqədə indiyədək 265 məhkum səs verib.
 
Məntəqə sədri Elşən Əhmədov bildirib ki, hazırda seçicilərin 30 faizi səsvermədə iştirak edib. Onun sözlərinə görə, saat 19-a kimi seçicilərin 95 faizi səsvermədə iştirak edəcək. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM