Türkiyənin Zonquldaq vilayətinin Ereğli rayonunda Cümruhiyyət Xalq Partiyasının Bələdiyyə Məclisi üzvlüyünə namizədi Hüseyn Çakır ürək tutmasından vəfat edib.
"Qafqazinfo” xəbər verir ki, bu barədə "İHA” məlumat yayıb.
Hadisə ilə bağlı Bələdiyyə Başçısı Halil Posbıyık jurnalistlərə açıqlama verib:
"Seçki günü çox təəssüf edirik. Hüseyn Çakır bizim çox dəyərli qardaşımız idi. Biz onun namizədliyini şəhər şurasına göstərdik. O, demokratiya aşiq bir insan idi. O, seçki öncəsi böyük həvəslə işləyirdi. Bu gün həyəcanla seçkiyə getdik. Allah ona rəhmət eləsin”.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !