Con Kerri: "Azərbaycanı dəstəkləyirik"

17:43 | 27.05.2015
Con Kerri:

Con Kerri: "Azərbaycanı dəstəkləyirik"

"ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasına sadiq qalır."

ANS PRESS-in məlumatına görə, bunu ABŞ-ın dövlət katibi Con Kerri 28 May - Respublika Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə göndərdiyi təbrik məktubunda deyilir.

O, məktubunda əlamətdar bayram münasibətilə bütün azərbaycanlılara ən xoş arzularımı çatdırıb, Vaşinqtonun və Bakının terrorizmlə mübarizədə və Əfqanıstanda NATO-nun missiyası vasitəsilə regional və beynəlxalq təhlükəsizliyin təminatında əməkdaşlığını, ABŞ-ın Azərbaycanın "Cənub" qaz dəhlizi vasitəsilə Avropanın enerji şaxələndirməsindəki rolunu ciddi şəkildə dəstəklədiyini vurğulayıb.

Dövlət katibi bildirib: "Biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasında, transmilli təhlükələrə qarşı mübarizədə və qanunun aliliyinin gücləndirilməsində davamlı cəhdlər göstərməyə qərarlıyıq."

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb