ABŞ-ın dövlət katibi Con Kerri İsrailə gedib.
Bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Cen Psaki məlumat verib.
Onun sözlərinə görə, Təl-Əvivdə ABŞ dövlət katibi Con Kerri İsrail-Fələstin münaqişəsini müzakirə edəcək. Məlumatda bildirilir ki, Con Kerri İsrailin dövlət nümayəndələri ilə görüşdə münaqişənin danışıqlar yolu ilə həll edilməsinin vacibliyinə toxunacaq. “Bu istiqamətdə sülhü təmin etmək üçün cəhdlər olacaq”, - deyə Cen Psaki söyləyib.
Con Kerrinin Fələstin muxtariyyətinin lideri Mahmud Abbasla görüşü də gözlənilir.
Modern.az
Bizi sosial şəbəkələrdə izləyin !