Con Kerridən Ukrayna hakimiyyətinə sərt bəyanat

18:38 | 11.12.2013
Con Kerridən Ukrayna hakimiyyətinə sərt bəyanat

Con Kerridən Ukrayna hakimiyyətinə sərt bəyanat

ABŞ dövlət katibi Con Kerri Ukrayna hakimiyyətinin Kiyevdə mitinqçilərə güc tətbiq etməsini pisləyən bəyanatla çıxış edib. ANS PRESS-in “Ukrainskaya pravda”ya istinadən verdiyi məlumata görə, Kerri bildirib ki, ABŞ Ukrayna hakimiyyətinin etirazçılara qarşı xüsusi təyinatlıların dəyənəklər və buldozerlərlə, həmçinin gözyaşardıcı qazla müdaxilə edilməsi qərarını nifrətlə qarşılayıb. O bildirib ki, bu cür reaksiya yolverilməzdir və demokratik ölkəyə layiq olmayan addımdır:"Etirazçılara qarşı belə cavab münasib deyil və demokratiya şəraitində əlverişli addım deyil. Mən ötən həftə Brüsseldə və Moldovada Yanukoviç hökümətinə açıq vurğuladım ki, bütün tərəflər zorakılıq əməllərindən çəkilsin və Ukrayna prezidenti xalqının istəklərini yerinə yetirsin. Biz bu məsələ ilə bağlı öz narahatlığımızı Ukrayna hökumətinə bildirmişik. Ancaq Ukrayna prezidenti başqa seçim etdi".ABŞ dövlət katibi həmçinin əlavə edib ki, biz hamını təmkinliliyə çağırırıq:"Ukrayna hakimiyyəti xalqının təhlükəsizliyi üçün tam məsuliyyət daşıyır. Kiyev küçələrində kilsə zənglərinin çalındığı bir vaxtda Amerika Ukrayna xalqı ilə birlikdədir. Onlar ən yaxşısına layiqdirlər".ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM