COP29-dan gözləntilər böyükdür - Vlafanka Andreeva

11:44 | 16.05.2024
COP29-dan gözləntilər böyükdür - Vlafanka Andreeva

COP29-dan gözləntilər böyükdür - Vlafanka Andreeva

COP29-dan gözləntilər böyükdür. Bunu Azərbaycanda BMT-nin Rezident Əlaqələndiricisi Vlafanka Andreeva deyib.

"COP30 Braziliyada keçiriləcək. Marta qədər Azərbaycanda üzərimizə götürdüyümüz öhdəlikləri icra etməliyik. Qlobal temperaturun 1.5 dərəcə aşağı səviyyədə tutmağa çalışacayıq. Gözləntilərimiz çoxdur. 200 yaxın ölkə qoşulub. Yeni kollektiv maliyyə hədəfi müəyyən edilib. İlk şəffaflıq hesabatı hazırlanıb və bu ölkələrin istixana qazlarının azaldılması haqda hesabat olacaq. Marta qədər bu öhdəliklər təqdim olunmalıdır. BMT təmsil edirəm. Biz təhsil, mətbuat vətəndaş cəmiyyəti ilə birgə dayanıqlı imkişad məqsədlərini icra edirik.  Fürsət olacaq ki, iqlim mövzusu müzakirə edək. Hər bir böhran bir fürsətdir",- Andreeva GSMA M360 Eurasia 2024” konfransı çərçivəsində keçirilən "COP29-un qurulmasında iqlim öhdəliklərinə yeni həyat nəfəsi” adlı paneldə çıxışı zamanı deyib.
 
Bakıda 2 gün müddətinə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi və "Azercell Telekom” MMC-nin baş sponsorluğu ilə "GSMA M360 Eurasia 2024” konfransı keçirilir. Konfransda rəqəmsal dövrün ən aktual tendensiyaları və süni intellektin müxtəlif sahələrə təsiri, həmçinin yaşıl texnologiyalar kimi mühüm mövzuları müzakirə edilir.

Gülnar Nazimqızı

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti