• $
  • €
  • ₽
  • ₺
  • £

Dörd məktəb direktoru işdən çıxarılıb

Dörd məktəb direktoru işdən çıxarılıb
27.05.2024 19:30
15 və 22 may tarixlərində Mərkəzi Aran Regional Təhsil İdarəsinin əməkdaşları tərəfindən Ucar rayonu Qarabörk kənd tam orta məktəbində bir neçə istiqamət üzrə yoxlama aparılıb və yoxlama zamanı məktəbdə ümumi idarəetmə, dərsdənkənar və dərnək məşğələlərinin təşkili və tədrisi, məktəb sənədlərinin işlənilməsi, dərslərin əvəzolunması, sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi təhsilin təşkili ilə bağlı nöqsan və çatışmazlıqlar aşkar olunub.Bu barədə İdarədən məlumat verilib.
 
Yoxlama zamanı müəssisədə normal psixoloji mühitin olmadığı, valideynlər və kollektivlə işin düzgün qurulmadığı da məlum olub.
 
Yoxlamanın nəticəsinə əsasən, məktəbin direktoru Həmidova Aysel Mübariz qızı 27 may 2024-cü il tarixindən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktorunun müvafiq əmrinə əsasən, tutduğu vəzifədən azad edilib:
 
"Əlavə olaraq bildiririk ki, qeyd olunan məsələyə müvafiq hüquqi qiymət verilməsi ilə bağlı yoxlama materiallarının aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına göndərilməsi təmin olunub.
Mərkəzi Aran Regional Təhsil İdarəsi təhsil müəssisələrində hüquqpozmaların və buna şərait yaradan halların baş verməsini pisləyir, bunun qarşısının alınması, aradan qaldırılması və gələcəkdə bu kimi halların baş verməməsi ilə bağlı idarə tərəfindən təhsil müəssisələrində monitorinq və yoxlamalar davam etdirilir”.
 
Bundan əlavə, Sumqayıt və Xırdalanda son bir ayda üç məktəb direktoru işdən çıxarılıb.
 
Abşeron-Xızı Regional Təhsil İdarəsindən bildirilib ki, İdarənin keçirdiyi genişmiqyaslı monitorinqlər nəticəsində idarənin tabeliyində olan Sumqayıt şəhər 24 nömrəli tam orta məktəbin direktoru Nəsibə Tanrıverdiyeva, 33 nömrəli tam orta məktəbin direktoru Rübabə Əsgərova və Xırdalan şəhər 9 nömrəli tam orta məktəbin direktoru Həcər Quliyeva işdə yol verdikləri nöqsanlara görə tutduqları vəzifədən azad ediliblər.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ağcabədidə “Niva” mikroavtobusla toqquşub, xəsarət alanlar var
Cəmiyyət 16:10
Ağcabədidə “Niva” mikroavtobusla toqquşub, xəsarət alanlar var
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
Cəmiyyət 15:45
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
Sumqayıtda beş avtomobil toqquşub
Cəmiyyət 15:30
Sumqayıtda beş avtomobil toqquşub
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Cəmiyyət 14:15
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Sabahın hava proqnozu
Cəmiyyət 12:30
Sabahın hava proqnozu
Naxçıvanda iki avtomobil toqquşub, 6 nəfər xəsarət alıb
Cəmiyyət 11:29
Naxçıvanda iki avtomobil toqquşub, 6 nəfər xəsarət alıb
Azərbaycanın bəzi rayonlarına qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 11:12
Azərbaycanın bəzi rayonlarına qar yağıb - FAKTİKİ HAVA
Salyanda evə düşən ildırım yanğına səbəb olub
Cəmiyyət 10:10
Salyanda evə düşən ildırım yanğına səbəb olub
Fransa polisi qiymət artımına qarşı aksiyalarda 1 000-ə yaxın şəxsi saxlayıb
Cəmiyyət 23:35
Fransa polisi qiymət artımına qarşı aksiyalarda 1 000-ə yaxın şəxsi saxlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol