Daha bir əsgərimizi itirdik

12:09 | 19.08.2014
Daha bir əsgərimizi itirdik

Daha bir əsgərimizi itirdik

Məzuniyyətə gəlmiş əsgər dənizdə boğulub 

Ötən gün Azərbaycanda daha bir əsgər dünyasını dəyişib. ANN.Az-ın anspress-ə istinadən məlumatına görə, hadisə axşam saat 20:10 radələrində Nabranda baş verib. 

“Batabat” istirahət mərkəzi ərazisindəki çimərlikdə çimən 1996-cı il təvəlüldlü Əliağa Gəray oğlu Əliyev dənizdə çimərkən batıb.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Onun meyidi batdığı yerdən təxminən 3 kilometr aralıqda tapılıb.

Qeyd edək ki, Əliağa Əliyev Quba rayon sakinidir. O, Ağdam rayonunda yerləşən N saylı hərbi hissədə qulluq edirmiş. Qulluq etdiyi həqiqi hərbi xidmətdən 5 günlük məzuniyyətə gəlibmiş. 

Fakt Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsi xəbəri təsdiqləyib.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür