Daha bir ölümcül virus qorxu yaratdı

21:02 | 23.10.2014
Daha bir ölümcül virus qorxu yaratdı

Daha bir ölümcül virus qorxu yaratdı

Səudiyyə Ərəbistanında "Korona" virusuna yoluxmuş daha bir nəfər dünyasını dəyişib. Beləliklə, 2012-ci ilin sentyabrından etibarən "Korona" virusundan ölənlərin sayı 329 nəfərə çatıb.

ANN.Az-ın xarici mətbuata istinadən xəbərinə görə, Səudiyyə Ərəbistanında ağır nəfəs yolu çatışmazlığı sindromu (SARS) xəstəliyinin törəməsi olan "Korona" virusuna yoluxan daha bir nəfərin öldüyünü bildirib.

Səhiyyə Nazirliyinin verdiyi açıqlamada faktı təsdiq edərək, bu virusdan ölənlərin sayının 329-a çatdığı bildirilib. 

2002-ci ilin sentyabrından "Korona" virusuna tutulan 772 nəfərdən 329 nəfərinin öldüyü, 431 nəfərin sağaldığı və 12 nəfərin isə müalicəsinin davam etdiyi bildirilib. 

Qətərdə "Korona" virusu qorxusu 

Qətərdə də Yüksək Səhiyyə Məclisi 34 yaşlı bir nəfərdə "Korona" virusunu təsbit edib.

Məclisdən verilən açıqlamada, son bir ildə virusa ikinci yoluxma halının olduğunu və xəstənin müalicə aldığı bildirilib. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür