Daha bir məmur işdən çıxarıldı

10:44 | 28.03.2014
Daha bir məmur işdən çıxarıldı

Daha bir məmur işdən çıxarıldı

Türkiyənin müdafiə sənayesi katibi (müstəşar) Murad Bayar vəzifəsindən azad edilib.APA-nın məlumatına görə, M. Bayarın vəzifəsindən azad edilməsi barədə qərar bu gün «Resmi Qazete»də yayımlanıb. M. Bayarın rəhbərlik etdiyi nümayəndə heyətinin martın 11-də Azərbaycana səfəri planlaşdırılsa da, sonradan səfər aprel ayına təxirə salınmışdı. Qeyd edək ki, 1989-cu ildən SSM-də çalışan M. Bayar 2004-cü ildən Müdafiə Sənayesi Katibliyinin rəhbəri vəzifəsini tutub. Türkiyə mediasında yer alan məlumatlara görə, onun prezidentin baş müşaviri və ya Kanadada səfir təyin olunması gözlənilir. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM