Dairələr üzrə bütün deputatlar ofislə təmin olunmalıdır - Gülşən Paşayeva

16:32 | 27.11.2024
Dairələr üzrə bütün deputatlar ofislə təmin olunmalıdır - Gülşən Paşayeva

Dairələr üzrə bütün deputatlar ofislə təmin olunmalıdır - Gülşən Paşayeva

Bütün deputatların seçdiyi dairələr üzrə ofisləri olmalıdır. Bunu Milli Məclisin deputatı Gülşən Paşayeva deyib.  
 
"Bütün deputatların daiələr üzrə ofisləri olmalıdır. Bu daha çox bitərəf deputatlar üçün problem yaradır. Partiya sədləri və üzvləri olan deputatlar partiyaların özündə görüşlər keçirə bilər. Bizim üçün isə b problem olaraq qalır. İndiki halda bunun üçün vəsait olmasa da təklif edirəm ki, bu məsələyə gələcəksə baxılsın", - deputat noyabrın 27-də Milli Məclisin plenar iclsı zamanı bildirib. 
 
Spiker Sahibə Qafarova da söyləyib ki, bununla bağlı tapşırıq var bu ofislərin təşkil olunmasını icra hakimiyyətləri təmin edəcək. 
 
Gülnar Nazimqızı 
 



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti