• $
  • €
  • ₽
  • ₺
  • £

Ceyhun Bayramov İƏT-ni islamofobiyaya qarşı birgə fəaliyyətə çağırıb

Ceyhun Bayramov İƏT-ni islamofobiyaya qarşı birgə fəaliyyətə çağırıb
25.09.2026 07:41

 

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) koordinasiya iclasında çıxış edərək artan islamofobiyaya qarşı həmrəyliyin vacibliyini vurğulayıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) “X” sosial şəbəkə hesabında yayılan məlumata görə, Bayramov İƏT-nin yeni baş katibini təbrik edib və Azərbaycanın Fələstinin dövlətçiliyinə verdiyi dəstəyi bir daha təsdiqləyib.

Nazir artan regional hərbi münaqişələrdən narahatlığını ifadə edərək diplomatik səylərin intensivləşdirilməsinə çağırıb. O, həmçinin qlobal miqyasda müsəlman icmalarını hədəf alan ayrı-seçkilik və zorakılıqla mübarizə üçün İƏT çərçivəsində birgə fəaliyyətin vacibliyini qeyd edib.

İslam Əməkdaşlıq Təşkilatı 57 üzv dövləti birləşdirən beynəlxalq təşkilatdır. Təşkilat müsəlman ölkələri arasında siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlığın gücləndirilməsini qarşıya məqsəd qoyur. Azərbaycan İƏT-in üzvüdür və 2027-ci ildə təşkilatın sammitinə ev sahibliyi edəcək.

Bayramov iclasda 2027-ci ildə Azərbaycanda keçiriləcək İƏT sammitinə hazırlıq çərçivəsində görülən təşkilati və hüquqi işlər barədə də məlumat verib.

Gülnar Nazimqızı 

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Siyasət 13:15
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol