• $ 1.7
  • € 1.9615
  • ₽ 0.021291
  • ₺ 0.0401
  • £ 2.2254

Daşkəsəndə mikroavtobus aşıb, xəsarət alanlar var - Yenilənib

Daşkəsəndə mikroavtobus aşıb, xəsarət alanlar var - Yenilənib
30.07.2024 00:08
Daşkəsən rayonunun Bayan kəndində baş vermiş ağır yol qəzasında xəsarət alanların kimliyi məlum olub.

"Report"un məlumatına görə, "Mercedes" markalı mikroavtobus minik avtomobili ilə toqquşması nəticəsində mikroavtobusun sürücüsü, 1985-ci il təvəllüdlü R.Verdiyev, həmçinin 1998-ci il təvəllüdlü E.Səttarzadə, 1967-ci il təvəllüdlü F.Allahverdiyev, 1993-cü il təvəllüdlü S.Məmmədov, 1989-cu il təvəllüdlü S.Kazımov, 1983-cü il təvəllüldü N.Qurbanov, 1985-ci il təvəllüldü A.Məmmədov, 1974-cü il təvəllüdlü V.Əliyev, 1991-ci il təvəllüdlü E.Vəliyev, 1987-ci il təvvəllüdlü R.Əhmədov, 1980-ci il təvəllüdlü, K.Nipalıyeva, 1970-ci il təvəllüdlü A.Səfərov, 2011-ci il təvəllüdlü X.İsmayılova və 1966-cı il təvəllüdlü T.Pirqurban xəsarət alıblar.

Mikroavtobus minik avtomobili ilə toqquşduqdan sonra su kanalına düşüb. Yaralılar xəstəxanaya çatdırılıb. Onlardan üçünün vəziyyəti orta-ağır qiymətləndirilir.

Digər nəqliyyat vasitəsi "Toyota Corolla" markalı avtomobil olub. Avtomobilin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon bölməsinin rəisi Səbuhi Abdullayevə məxsus olduğu bildirilir.
 
 23:36

Daşkəsən rayonunun Bayan kəndində şirkətlərdən birinə məxsus mikroavtobus aşıb, xəsarət alanlar var.

"Report"un məlumatına görə, "Mercedes" markalı mikroavtobus minik avtomobilinlə toqquşduqdan sonra idarəetmədən çıxaraq aşıb.

Qəza nəticəsində bir neçə nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.Zərərçəkənlər xəstəxanaya çatdırılıb.

Mikroavtobus rayon ərazisində fəaliyyət göstərən şirkətlərdən birinə məxsusdur.

Faktla bağlı araşdırma aparılır.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 21:22
Bu ərazilərdə qaz olmayacaq
Ruben Vardanyanın məhkəməsində ifadələr dinlənilib
Cəmiyyət 19:53
Ruben Vardanyanın məhkəməsində ifadələr dinlənilib
Yasamalda 3 nəfərin öldüyü yanğınla bağlı saxlanılan klinika direktoru həbs edilib
Cəmiyyət 18:59
Yasamalda 3 nəfərin öldüyü yanğınla bağlı saxlanılan klinika direktoru həbs edilib
Leyla Əliyeva Qaradağda yeni parkın açılışında
Cəmiyyət 18:42
Leyla Əliyeva Qaradağda yeni parkın açılışında
Naftalanda sanatoriyada meyit tapılıb
Cəmiyyət 18:07
Naftalanda sanatoriyada meyit tapılıb
Nazir İtaliyaya rəsmi səfərə gedib
Cəmiyyət 17:47
Nazir İtaliyaya rəsmi səfərə gedib
Kürdəmirdə canavarlar kəndə hücum etdi: bir ailənin 16 qoyunu tələf olub
Cəmiyyət 17:38
Kürdəmirdə canavarlar kəndə hücum etdi: bir ailənin 16 qoyunu tələf olub
Bakıda binada yanğın söndürülüb - Yenilənib
Cəmiyyət 17:16
Bakıda binada yanğın söndürülüb - Yenilənib
Moskva istiqamətində uçan 9 PUA vurulub
Cəmiyyət 17:01
Moskva istiqamətində uçan 9 PUA vurulub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol