Ukraynada böhran Avropada təhlükəsizlik və sabitlik vəziyyətinin nə qədər kövrək olduğunu nümayiş etdirdi.
Oxu.Az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə Türkiyənin baş naziri Əhməd Davudoğlu NATO ölkələri xarici işlər nazirlərinin iclasını açarkən bəyan edib.
Davudoğlu bildirib ki, Rusiyanın Krım Muxtar Respublikasına qanunsuz müdaxiləsi yolverilməzdir, Ukraynanın təhlükəsizlik sahəsində böyük dəstəyə ehtiyacı var.
"Ukraynanı dəstəkləmək lazımdır ki, o öz vətəndaşlarının təhlükəsizliyini təmin edə bilsin”, Davudoğlu vurğulayıb.
Bununla yanaşı o qeyd edib ki, Krım sakinlərini də unutmaq olmaz.
"Krıma qanunsuz müdaxilə heç bir şərt altında qəbul edilə bilməz”, - Davudoğlu bildirib.
Onun sözlərinə görə, əlaqələrin saxlanılması, Krım tatarlarının dəstəyi və onların izolə edilməsinə yol verməmək hal-hazırda Krım üçün həlledici məna daşıyır.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !