Davudoğlunun istefası ilə bağlı yayılan xəbərlər lirənin məzənnəsini endirdi

11:39 | 05.05.2016
Davudoğlunun istefası ilə bağlı yayılan xəbərlər lirənin məzənnəsini endirdi

Davudoğlunun istefası ilə bağlı yayılan xəbərlər lirənin məzənnəsini endirdi

Türkiyənin baş naziri Əhməd Davudoğlunun istefa verəcəyi ilə bağlı yayılan xəbərlərdən sonra türk lirəsi ABŞ dollarına nisbətən kəskin ucuzlaşıb.
 
"APA-Economics" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, Türkiyənin milli valyutası dollara qarşı 3,9% zəifləyib ki, bu da 2008-ci ildən etibarən ən kəskin ucuzlaşmadır.
 
Buna baxmayaraq, bu gün lirə 1% bahalaşıb.
 
Bəzi KİV-in verdiyi xəbər əsasən, Türkiyənin hakim Ədalət və inkişaf partiyası yaxın 15 gün ərzində qurultay keçirəcək. Qurultayda partiyanın yeni lideri seçiləcək. Bildirilir ki, hazırkı baş nazir öz namizədliyini irəli sürməyəcək.
 
Ekspertlər hesab edir ki, Ə. Davudoğlunun istefası ölkədə siyasi gərginlik yarada, kapital axınını sürətləndirə bilər.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM