Rüstəm Qasımov
Dünyanın ən gözəl şəhərlərindən biri İstanbul özünün möhtəşəm tarixi abidələriylə məşhurdur, çoxmilyonlu meqapolisə turist axınını şərtləndirən cəhətlərin arasında ilk sıralarda elə bu memarlıq şedevrləri gəlir. Müqəddəs Aya Sofiya məbədi - Bizansdan qalma bu möhtəşəm tarixi abidə dünya memarlıq möcüzələrindən biri sayılır. Təsadüfi deyil ki, İstanbula səfər edən turistlərin görməyə can atdığı abidələrdən biri Sofiya kilsəsidir.
Bizans imperiyası dövründə kilsə İstanbulun əski adıyla Konstantinapolda şəhərin mərkəzində, imperiya sarayının yanında yerləşirdi. Məbədin tikintisi 532-537-ci illərə təsadüf edir. Tikintiyə ən yaxşı materialdan istifadə edilib. Mərmər Prokonnisdən, Numidiyadan, Karistdən, Yerapoldan gətirilib. Hazırda isə Sofiya məbədi şəhərin mərkəzlərindən birində, Türkiyənin ən böyük məscidi Sultanahmetin yaxınlığında yerləşir.
Osmanlı imperiyasının Konstantinopolu fəth etməsindən sonra, Sofiya kilsəsi məscidə çevrilib. 1935-ci ildə Türkiyə Cümhuriyyəti dövründə isə Sofiya məbədinin məscid statusu ləğv edilib və bu memarlıq şedevri muzey kimi fəaliyyətə başlayıb. 1985-ci ildə Sofiya məbədi İstanbulun digər başqa tikililəri kimi YUNESKO-nun bəşəriyyətin irsi siyahısına daxil edilib.
Hazırda da muzey kimi fəaliyyət göstərən Sofiya məbədinə giriş 50 lira, bizim pulla 25 manatdır.
Muzeydən hazırladığımız fotosessiyanı oxucularımıza təqdim edirik.
Xoş seyrlər:
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !