Dayanacaqlarda niyə qanuni nişan yoxdur? - Açıqlama

15:06 | 08.10.2014
Dayanacaqlarda niyə qanuni nişan yoxdur? - Açıqlama

Dayanacaqlarda niyə qanuni nişan yoxdur? - Açıqlama

Son dövrlər Bakıda quraşdırılan dəbdəbəli dayanacaqlar göz oxşayır.

Hər gün  ölkəmizə  minlərlə turist gəlir, bir sıra dünya səviyyəli yarışlar paytaxtda baş tutur. Bakının gözəlliyinin nümayiş etdirilməsi baxımından atılan addımlardan biri kimi bu cür dayanacaqlar da təqdirəlayiqdir. Müşahidələr belə deməyə əsas verir ki, əksər təzə dayanacaqların ətrafında dayanacağı göstərən hər hansı bir nişan yoxdur. Yəni, özü var, adı yox. Qanunvericilikdə 5.12 nişanı vardır ki, həmin nişan məhz dayanacağı bildirir. Qanunvericilikdə belə hal varkən, görəsən, niyə hələ də dayanacaqlarımızda həmin nişan quraşdırılmır? Mövzu ilə  bağlı “Digesta” hüquq firmasının direktoru, yol hərəkəti üzrə ekspert Ərşad Hüseynovun mövqeyini öyrəndik:

“Həmin dayanacaqlara, orda quraşdırılan monitorlara kifayət qədər pul xərclənib. 1968-ci ildə qəbul olunan Vyana Konvensiyasına görə, 5.12 nişanı bütün dünyada dayanacağı bildirən nişandır. Həmin nişanı dəmdəsgahlı dayanacaqlara qoyulması üçün mən iki ildir ki, çalışıram. 

Dəfələrlə yazmışam ki, çəkilən bu qədər xərcin, yerləşdirilən dayanacaqların heç bir hüquqi əhəmiyyəti yoxdur. Hüquqi əhəmiyyətə malik olan həmin 5.12 nişanıdır. Onu qurşadırmaq lazımdır. Hər hansı bir geridə qalmış ölkədən gələn olsa belə, bu dəmdəsgahı deyil, həmin nişanı gördükdən sonra dayanacağı tanıyacaq. Bu məsələyə yanaşmada olduqca anormal bir münasibət var.”

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM