Dəhşətli qəza - Azərbaycanda iki hərbçi yanaraq öldü

11:21 | 26.02.2014
Dəhşətli qəza - Azərbaycanda iki hərbçi yanaraq öldü

Dəhşətli qəza - Azərbaycanda iki hərbçi yanaraq öldü

Tovuz rayonunda baş verən da ağır yol qəzasında yanaraq ölən hərbçilərin adı açıqlanıb. APA-nın qərb bürosunun məlumatına görə, “Ford” markalı yük avtomobili ilə “Mercedes” markalı minik avtomobili toqquşması nəticəsində “Mercedes”in sürücüsü, N saylı hərbi hissənin zabiti, İsmayıllı rayon sakini, 1986-cı il təvəllüdlü Nəzərov Elçin Tağı oğlu və sərnişin, həmin hərbi hissədə müddətdən artıq hərbi xidmət edən Tovuz rayon Yuxarı Öysüzlü kənd sakini, 1983-cü il təvəllüdlü Zeynalov Elçin Zakir oğlu yanaraq dünyalarını dəyişiblər.“Ford”un sürücüsü, Gəncə şəhər sakini, 1947-ci il təvəllüdlü Məmmədov Saleh Əziz oğlu isə ağır vəziyyətdə Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM