Dəmir yollarının kənarındakı 2304 yaşayış evi söküləcək

17:15 | 06.11.2015
Dəmir yollarının kənarındakı 2304 yaşayış evi söküləcək

Dəmir yollarının kənarındakı 2304 yaşayış evi söküləcək

"Azərbaycan Dəmir Yolları” QSC Nazirlər Kabinetinin qərarını gözləyir


"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov dəmir yollarının sanitariya-mühafizə ərazisində yerləşən qanunsuz tikililərlə bağlı Nazirlər Kabinetinin verəcəyi qərarı gözlədiklərini deyib.

N.Əzməmmədov Modern.az saytına açıqlamasında qanunsuz tikilən evlərin siyahısının xeyli əvvəl Nəqliyyat Nazirliyinə (Dəmir Yolları nazirliyin tabeliyində olarkən) təqdim olunduğunu deyib:

"Araşdırma nəticəsində mütəxəssislərin gəldiyi nəticəyə görə ümumilikdə 2840 qanunsuz tikili var. Bunlardan 2304-ü yaşayış obyekti, 536-sı isə qeyri yaşayış obyektidir. Siyahı hazırlanarkən bildirmişdilər ki, 883 obyekt təxirə salınmadan sökülməlidir.
Məlumatlar da Nazirlər Kabinetinə təqdim edilib. Amma hökumətdən məsələ ilə bağlı hansısa cavab verilməyib. Hökumət nə vaxt qərar versə, o vaxt köçürülmə və söküntü işlərinə başlanılacaq”.

Katiblik rəisi deyib ki, söküləcək yerlərin siyahısında Keşlə qəsəbəsinin "Şanxay” deyilən ərazisi, Biləcəri və bəzi stansiyaların kənarları, Ağstafanın bəzi kəndlərinin adı var. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM