Demokratik İslahatlar Partiyası jurnalistləri mükafatlandırdı

15:30 | 22.07.2014
Demokratik İslahatlar Partiyası jurnalistləri mükafatlandırdı

Demokratik İslahatlar Partiyası jurnalistləri mükafatlandırdı

DİP «Həsən bəy Zərdabi və Nəcəf Nəcəfov ənənələrinin davamı və inkişafı uğrunda» mükafata bu il layiq görülənlərlə bağlı qərarını açıqlayıb Demokratik İslahatlar Partiyasının Siyasi Şurası 22 iyul - Milli Mətbuat Günü münasibətilə «Həsən bəy Zərdabi və Nəcəf Nəcəfov ənənələrinin davamı və inkişafı uğrunda» mükafata 2014-cü ildə layiq görülən şəxslərlə bağlı qərarını açıqlayıb. Qərara əsasən, sözügedən mükafat və müvafiq diplomlar bu şəxslərə təqdim olunacaq:  1.  Vəsilə Vahidqızı (İctimai TV) - Uğurlu televiziya layihəsinə görə;2.  Tapdıq Fərhadoğlu  (Amerikanın səsi) - Azərbaycanın ictimai-siyasi və sosial həyatında baş verən proseslərin obyektiv işıqlandırılmasına görə;3.  Əfqan Qafarlı  (modern.az) - Azərbaycanda peşəkar internet mediasının formalaşmasındakı xidmətlərinə görə;4. İmdad Əlizadə  (mediaforum.az) - Azərbaycanın ictimai-siyasi həyatına və parlamentin fəaliyyətinə həsr olunmuş obyektiv məqalələrinə görə. Xatırladaq ki, bu təsisatda məqsəd əsası 1875-ci ildə Həsən bəy Zərdabi tərəfindən qoyulmuş, 20-ci əsrin 90-cı illərində Nəcəf Nəcəfov tərəfindən yenidən canlandırılmış Azərbaycan mətbuatının maarifçilik ənənələrini davam etdirməyə, azad, demokratik və peşəkar mətbuatın formalaşması uğrunda yorulmadan mübarizə aparmağa, obyektiv və məsuliyyətli sözə üstünlük verməyə həvəsləndirməkdir. Mükafat DİP tərəfindən 2008-ci ildə təsis olunub. Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə sözügedən mükafata layiq görülən jurnalistləri və Azərbaycan KİV-nin bütün nümayəndələrini 22 iyul – Milli Mətbuat Günü münasibətilə təbrik edir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM