Dənizdə dalğanın hündürlüyü 2,8 metrə çatıb - Faktiki hava

21:35 | 18.01.2021
Dənizdə dalğanın hündürlüyü 2,8 metrə çatıb - Faktiki hava

Dənizdə dalğanın hündürlüyü 2,8 metrə çatıb - Faktiki hava

Milli Hidrometeorologiya Xidmətinin yanvarın 18-i saat 21:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti dəyişib.

Xidmətdən Anews.az-a verilən məlumata görə, Gədəbəy, Quba, Şahdağ, Sarıbaş, (Qax), Qrızda qar, Şəmkir, Şahbuz, Qusarda yağış yağıb.

Şimal-qərb küləyi arabir Xınalıqda 23, Naftalanda 21, Neftçalada 20, Yardımlı, Tərtər, Şəmkirdə 16 m/ san olub. Bakıda və Abşeron yarımadasında: Qum adasında 18, Çilov adası, Pirallahıda 16, Bakıda 15 m/s-dək güclənib.
Neft Daşları stansiyasının məlumatına əsasən, dənizdə dalğanın hündürlüyü 2,8 metrə çatıb

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM