Deputat: "Kürdə vəziyyət keçən ilkindən də acınacaqlıdır"

13:37 | 13.04.2021
Deputat:

Deputat: "Kürdə vəziyyət keçən ilkindən də acınacaqlıdır"

 Kür çayının vəziyyəti keçən ilkindən də acınacaqlı vəziyyətdədir, bunu deputat Sabir Rüstəmxanlı Milli Məclisin plenar iclasında çıxışı zamanı deyib.
 
 "Kürdə suyun quruması haqqında keçən il Nazirlər Kabinetinə məlumat vermişdim. Mənə dedilər ki, yaranmış vəziyyətlə bağlı kompleks tədbirlər görülür. Bu il yaranmış vəziyyət keçən ilkindən də acınacaqlı durumdadır. Bəs hanı bu kompleks tədbirlər? Sadəcə, Neftçala şəhərinə su çəkildi, kəndlərdə vəziyyət eyni olaraq qalır. Kəndlərdə şor sudan istifadə olunur.Suvarma sistemini köhnə sistemdən müasir sistemə keçirtməliyik" - deyə deputat vurğulayıb.
 

Gülnar Nazimqızı

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb