Deputat qaz və işıq pulunun artırılmasına ehtiyac görmür

19:23 | 27.10.2014
Deputat qaz və işıq pulunun artırılmasına ehtiyac görmür

Deputat qaz və işıq pulunun artırılmasına ehtiyac görmür

Azərbaycanın 2015-ci il üçün dövlət büdcəsi ilə bağlı gələn il ölkədə kommunal xidmətlərin qiymətlərinin artırılması nəzərdə tutulmur.ANN.Az APA-ya istinadən xəbər verir ki, bunu açıqlamasında Milli Məclisin İqtisadi siyasət komitəsinin sədr müavini Vahid Əhmədov bildirib.O qeyd edib ki, büdcə zərfi ilə tanış olub və rəqəmlərdə bununla bağlı heç nə görünmür:“Amma indi dünya bazarında neftin qiymətinin aşağı düşməsi gələn il üçün müəyyən problemlər yarada bilər. Lakin bizdə bu problem yaranmamalıdır, çünki Azərbaycanda ehtiyat var və bu ehtiyatdan istifadə etmək olar. Gedən analizlər də onu göstərir ki, Azərbaycanda kommunal xərclərin artırılmasına ehtiyac yoxdur”.Qeyd edək ki, gələn ilin dövlət büdcəsi artıq Milli Məclisə daxil olub və noyabrın 4-dən etibarən müzakirəyə çıxarılacaq.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti