Deputat: Qıtlıq ola bilər

14:55 | 06.03.2015
Deputat: Qıtlıq ola bilər

Deputat: Qıtlıq ola bilər

"Sahibkarları sıxışdırmaq düzgün deyil. Çünki bazar iqtisadiyyatıdır və tələb təklif əsasında bazar qiymətləri müəyyənləşir”.

ANS PRESS-in məlumatına görə, bunu deputat Qüdrət Həsənquliyev Milli Məclisin plenar iclasında deyib.

O bildirib ki, dolların məzənnəsinin qalxmasından sonra sahibkarlar məcbur olub ki, xaricdən idxal olunan malları baha qiymətə satsınlar:

"Sahibkar xaricdən mal ala bilmək üçün pulunu dollar çevirməlidir. Daha sonra gedib xarici valyuta ilə Azərbaycana mal gətirir. Ancaq hazır ki, vəziyyət davam edərsə Azərbaycanda qıtlıq əmələ gələcək. Xüsusilə istehlak mallarında bu qıtlıq hiss olunacaq. Artıq bəzi sahibkarlar istehlak mallarını anbarlarda saxlayırlar. Mən aidiyyatı orqanlarından bu məsələyə diqqət yetirməyi xahiş edirəm”.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM