Deputat ötən iclasdakı çıxışına düzəliş etdi

16:10 | 25.02.2014
Deputat ötən iclasdakı çıxışına düzəliş etdi

Deputat ötən iclasdakı çıxışına düzəliş etdi

Milli Məclisin bu gün keçirilən iclasında deputat Bəxtiyar Əliyev son günlər ictimaiyyətdə müzakirələrə səbəb olan ötən iclasdakı gömrüklə bağlı çıxışına aydınlıq gətirib.APA-nın məlumatına görə, B.Əliyev bildirib ki, keçən iclasdakı çıxışında Azərbaycanda bəzi iqtisadi göstəricilərdə Statistika Komitəsinin müəyyən rəqəmləri qeyri-dəqiq göstərdiyini vurğulayıb. “Komitə sədri Əli Hüseynli də verdiyi müsahibədə mənim çıxışımdan sonra bəzi müxalifət mətbuatında gedən qaranlıq, heç bir həqiqətə uyğun olmayan məsələlərə aydınlıq gətirdi. Bu gün mənə verilən izahat və arayışda da qeyd olunur ki, Dövlət Gömrük Komitəsinin saytında onun statistik rəqəmləri bütün dünyaya açıqdır. Nəinki xarici ticarət dövriyyəsi, hətta gömrükdən keçən malların strukturu da göstərilir. Bu günə qədər heç bir dövlətdən, heç bir rəsmi təşkilatdan oradakı rəqəmlərin qeyri-dürüstlüyü ilə bağlı rəsmi müraciət olmayıb. Deməli, bunlar həqiqəti əks etdirir və ona görə də bununla bağlı kimlərsə hansısa manipulyasiya edirsə, bu düzgün deyil” - deyə B.Əliyev qeyd edib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM