TƏBİB adlı qurum özünü doğrutmadı.Niyə bizim səhiyyə orqanlarının rəhbərləri niyə özlərində güc tapıb prezidentə müraciət edib demirlər ki, biz işləyə bilmirik?
Anews.az xəbər verir ki,bu sözləri Milli Məclisin deputatı Qüdrət Həsənquliyev parlamentin bu gün keçirlən iclasında "Əhalinin sağlamlığının qorunması haqqında" qanuna münasibət bildirərkən deyib.
"Ya Səhiyyə Nazirliyi ləğv olunmalıdır,ya da bu sistem necəsə bərpa olunmalıdır.Daha necə 20 il bu sahədə ciddi işləyən şəraitin yarasılmasını gözləyəcəyik? Ya səhiyyə nazirliyi ləğv olunmalıdır,daha necə 20 il bu sahədə ciddi işləyən şəraitin yaradılmasını gözləyəcəyik?,deyə deputat əlavə edib.
Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov Qüdrət Həsənquliyevə cavab olaraq bildirib ki, necə il sonra düzələcəyini bilmir,amma zamanla bu problemlər həllini tapacaq.
Gülnar Nazimqızı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !