Argentina dünya çempionu oldu - Yenilənib

22:22 | 18.12.2022
Argentina dünya çempionu oldu - Yenilənib

Argentina dünya çempionu oldu - Yenilənib

 Qətərdə keçirilən futbol üzrə dünya çempionatının qalibi müəyyənləşib.
 
Dünya çempionatının final oyununda Argentina və Fransa yığmaları üz-üzə gəlib. 
 
Gərgin idman mübarizəsi şəraitində keçən matçın əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. Dünya çempionunu müəyyən etmək üçün əlavə vaxt oynanılıb.
 
Əlavə vaxtda tərəflər hərəyə bir dəfə fərqləniblər. Matçın 109-cu dəqiqəsində Lionel Messi, 116-cı dəqiqəsində Kilyan Mbappe adını qol siyahısına yazdırıb.
 
Final görüşünün qalibi penalti seriyasında müəyyənləşib. Sonda zərbələri dəqiq yerinə yetirən Argentina millisi Fransanı məğlub edərək, dünya çempionatının qalibi olub
 
 ----
Argentina və Fransa yığmaları arasında keçirilən final matçında 5-ci qol vurulub.
 
Görüşün 109-cu dəqiqəsində Lionel Messi Argentinanı yenidən hesabda önə keçirib - 3:2

 
Argentina və Fransa yığmaları arasında keçirilən final oyununda hesab bərabərləşib.

 
 80-ci dəqiqədə Fransa buraxılan toplardan birinin əvəzini çıxıb. Kilian Mbappe penaltini dəqiq yerinə yetirib.
 
Cəmi 2 dəqiqə sonra Mbappe özünün və komandasının 2-ci qolunu vurub.
 
 
Argentina hesabı 2:0 etdi. Anhel Di Mariya 36-cı dəqiədə fərqlənir. 
****
Argentina hesabı açdı. Lionel Messi 23-cü dəqiqədə penaltidən fərqləndi. 

 **** 
 
Qətərdə təşkil olunan dünya çempionatında Argentina və Fransa yığmaları arasında final oyunu başlayıb.

 
Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürüb.
 
***
Qətərdə keçirilən dünya çempionatının final oyununda üz-üzə gələcək Argentina və Fransa yığmalarının start heyətləri bəlli olub.
 
Komandalar meydana aşağıdakı heyətlərlə çıxacaqlar:
 
Argentina: Emiliano Martines, Nauel Molina, Kristian Romero, Nikolas Otamendi, Markos Akunya, Anxel Di Mariya, Rodriqo De Paul, Entso Fernandes, Aleksis Makkallister, Lionel Messi, Xulian Alvares
 
Fransa: Uqo Lyoris (K), Jül Kunde, Rafael Varan, Dayo Upamekano, Teo Ernandes, Adrian Rabyo, Orelyen Çuameni, Antuan Qrizmann, Kilian Mbappe, Usman Dembele, Olivye Jiru
 
Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb