Deputatdan çağırış: Xalqa xidmət edin!

14:55 | 12.06.2018
Deputatdan çağırış: Xalqa xidmət edin!

Deputatdan çağırış: Xalqa xidmət edin!

Bir neçə il əvvəl "Təhsil haqqında” qanun qəbul edilərkən vətəndaşlardan başqa hər kəsin marağı nəzərə alındı. Nəticədə "kaşa” alındı”. Hesab edirəm ki, qanun layihəsinə yenidən baxılmalıdır.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Siyavuş Novruzov "Təhsil haqqında” qanuna edilən dəyişikliklərə münasibət bildirərkən deyib.

Millət vəkili dövlət vəsaiti hesabına xaricdə təhsil alanların geri qayıtmamasının problem olduğunu bildirib:

"Gənclərin xaricdə təhsili ilə bağlı cənab prezident maliyyə vəsaiti ayırıb. Bu vaxta qədər 3 mindən çox şəxs xaricdə təhsil alıb. Onların neçəsi ölkəyə qayıdıb? Buna növbəti iclasda aydınlıq gətirilməsini xahiş edirəm.

Xaricdə tibb təhsili alanlar maaşın az olduğunu əsas gətirərək, Türkiyədə işləmək istəyir. Onlar dövlətin vergisi ilə oxuyublar, ona görə də geri qayıdıb, xalqa xidmət etməlidirlər. Hesab edirəm ki, növbəti dəfə xaricdə təhsillə bağlı proqram həyata keçirilərkən, bəzi şərtlər əlavə edilsin. Həmin şəxslərlə müqavilə bağlanarkən onların geri qayıdıb ən azı 10 il ölkədə işləməsi şərti əlavə edilsin. Onlara o diplom nə üçün verilib? Nə üçün aldıqları təhsili ölkənin rifahına sərf etmirlər? Onlara verilən sərmayəni ölkə üçün xərcləməlidirlər”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti