Deputatdan dövlət qurumlarına ÇAĞIRIŞ

15:07 | 19.04.2016
Deputatdan dövlət qurumlarına ÇAĞIRIŞ

Deputatdan dövlət qurumlarına ÇAĞIRIŞ

"İqtisadiyyatın daha da inkişaf etdirilməsi, sahibkarların fəaliyyətinin daha səmərəli təşkili üçün differensial vergi sisteminə keçmək lazımdır”. 

Bunu Modern.az saytına Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib.

O, qeyd edib ki, bütün məhsullara 18 faiz həcmində Əlavə Dəyər Vergisinin (ƏDV)-nin tətbiqi çox yüksəkdir. Hesablama Palatasının hesabatı zamanı da bəzi təkliflər səsləndirildi. Palata da hökumətə təklif verib ki, ƏDV-ni differensiallaşdırılmış halda həyata keçirmək lazımdır. Ola bilər bəzi məhsullara 18 faiz, bəzilərinə 5 faiz, bəzilərinə 10 faiz ƏDV tətbiq edilsin, amma hamısına 18 faiz ƏDV-nin tətbiqi yolverilməzdir.
Hətta iqtisadiyyat naziri Şahin Mustafayevə sahibkarlar tərəfindən edilən müraciətlərdə də ƏDV-nin ləğv edilməsi təklifləri irəli sürülüb. Xüsusilə ötən il baş verən iki devalvasiyadan sonra iri marketlər bir çox filial və şöbələrini bağlamaq məcburiyyətində qalıblar”.

V.Əhmədov aidiyyatı qurumları məsələyə yenidən baxmağa çağırıb: "İqtisadiyyat Nazirliyi, Vergilər Nazirliyi differesiallaşdırılmış ƏDV sistemini tətbiq etməlidir. Bu, dövlət büdcəsi ilə bağlı məsələ olduğu üçün ehtiyatlı olmaq lazımdır.

Hesab edirəm ki, ƏDV-yə yenidən baxılması topdansatış bazarında, yaxud hansısa mərhələlərdə xüsusilə ərzaq məhsullarının qiymətinə təsir edəcək. Həm alıcılıq qabiliyyəti yüksələcək, həm də müəyyən problemləri həll edəcək”.  

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb