Deputatdan təklif: Kütləvi qayıdış

12:23 | 28.11.2013
Deputatdan təklif: Kütləvi qayıdış

Deputatdan təklif: Kütləvi qayıdış

Milli Məclisin deputatı Fazil Mustafa “Uduzduğumuz dağlar” adlı məqalə yayıb. “Media forum” saytı xəbər verir ki, deputat yazır: “Azərbaycan Qarabağ savaşında təkcə şəhid verməyib, mal-mülk itirməyib. Azərbaycan həm də dağları uduzub ermənilərə. Bütün əsas dağlıq strateji məntəqələr ermənilərin əlindədir və başlamaq istədiyimiz savaşın da ən böyük çətinliyi bununla bağlıdır. Dağlarda döyüş fərqli bir döyüşdür və daha çox peşəkarlıq, resurs tələb edir. Azərbaycanda hamı Bakıya axışdı, axıb gələ bilməyənlər də əlverişsiz iqlimdə yaşadıqları o şəraitsiz bölgələrdə qalmağa üstünlük verdilər və nədənsə dağlara kütləvi axın baş vermədi. Əslində bu, bir xaraktersizlik sindromunun genişlənməsinə yardım etdi. Dağ adamı şəhərləşə bilməməklə yanaşı, təbiəti etibarilə aranlaşa da bilmədi. Üstəlik də dağlardan imtina edərək özünəməxsus məşğuliyyət vərdişlərini də itirməyə başladı.Əlbəttə, bunu 1988-ci ildə Qarabağdan və Qərbi Azərbaycandan məcburi deportasiya dalğasında etmək xeyli çətin idi və dağlıq bölgələrdə yaşam şərtlərinin ağırlığını düşünərək cəlbedici bir yönləndirmə siyasəti aparmaq da mümkün deyildi. Fərdi qaydada bu seçimi edənlər çox vaxt əllərinə düşən ilkin fürsətdən imtina etməyərək bu bölgələrdə məcburi məskunlaşanlar idi. Ancaq sonrakı dönəmlərdə şəhərdən köçürmə əməliyyatlarında, qaçqınlar üçün yaşayış məntəqələrini tikilməsində çox ciddi yanlışlığa yol verildi. Bu infrastrukturu və təminatı mütləq ən ucqar dağlıq bölgələrdə etmək vacib idi. Bakının ətrafında ekoloji cəhətdən natəmiz bir mühitdə, yaxud da Aran bölgələrində bu yaşayış komplekslərinin tikilməsi əvəzinə bunu ölkənin dağlıq ərazilərində etmək daha ağıllı siyasət olardı.Bunu təkcə qaçqınlara və məcburi köçkünlərin yenidən məskunlaşma siyasətinə yönəlik olaraq düşünmürəm. Hər hansı bir bölgədən Azərbaycanın şumaldakı quru havalı ucqar dağlıq ərazilərində məskunlaşmağa hazır olan müəllimlərə, həkimlərə, digər mütəxəssislərə, ayrıca ailələrə xüsusi imtiyazlar, işlə təminat imkanları tanınmalı idi. Və bütün hallarda şəhərdə, aranda yaşayan əhali sayı ilə dağlıq ərazilərdə yaşayanların sayı arasında lazımi balans yaradılmalı idi.Məncə, sistemli bir dövlət stimullaşdırması ilə Azərbaycanda dağlıq ərazilərə könüllü və kütləvi qayıdış prosesi başlamalıdır. Burada söhbət dağ kəndlərində ev və ya təsərrüfat alıb ildə bir-iki dəfə baş çəkməkdən getmir. Yaşamaq üçün daimi məskunlaşmadan gedir söhbət. Bu həm də Azərbaycan insanı üçün bir qalıcı xarakter formalaşmasına yardım edə bilər. Qarabağ savaşı göstərdi ki, biz ermənilərdən, hətta Şimali Qafqaz xalqlarının çoxundan milli xarakterin natamamlığına görə geridəyik. Dağlıq bölgələrdə məskunlaşma faizi aşağı olarsa, bu, dövlətin ərazisinin qorunmasını da təhlükəyə soxa bilər. Hər hansı xarici müdaxilədə əsas qorunma səngərimizin təbiət olmasını da burada nəzərdə tuturam”.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM