Deputatlar həmkarını tənqid edib - Nazirə sual verib cavab almayacaqsansa sual vermə

18:06 | 27.11.2023
Deputatlar həmkarını tənqid edib - Nazirə sual verib cavab almayacaqsansa sual vermə

Deputatlar həmkarını tənqid edib - Nazirə sual verib cavab almayacaqsansa sual vermə

Azərbaycanda uşaq pulunun verilməsi vacibdir. Bunu deputat Vahid Əhmədov deyib. 

"Deyirlər uşaq pulu vermək olmaz. Bu doğru yanaşma deyil. Son statistikaya baxanda uşaqların sayında azalma müşahidə olunur. Ünvanlı sosial yardım bəzən ünvanına gedib çıxmır. Amma uşaq pulu tam ünvanına çatacaq”, - deputat noyabrın 27-də komitə iclasında çıxışı zamanı bildirib. 

Sualları nazir Sahil Babayevə ünvanlayan və cavab almadan iclası tərk edən Vahid Əhmədovu həmkarları tənqid edib və bildirib ki, sual verib cavabını almayacaqsa sual verməyinin bir mənası da yoxdur. 

Nazir Sahil Babayev bildirib ki, iclasın sonunda deputatın suallarına cavab verəcək. Deputat əhmədov isə ona cavab olaraq qeyd edib ki, " mən onsuz da verəcəyiniz cavabları bilirəm”. 


Bundan əvvəl də Milli Məclisin plenar iclasında Deputat Vahid əhmədov bildirib ki, nazir Sahil Babyevə sualalrı var və o həmin suallara cavab ala bilmir. 
Əmək komitəsinin sədri Musa Quliyev isə cavab olaraq qeyd edib ki, Sahil Babayev cari ildə deputatlarla 5 dəfə görüş keçirib. 
 
Gülnar Nazimqızı 



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM