Deputatlığa namizədliyi qeydə alınanların sayı 1190-a çatdı

17:37 | 07.10.2015
Deputatlığa namizədliyi qeydə alınanların sayı 1190-a çatdı

Deputatlığa namizədliyi qeydə alınanların sayı 1190-a çatdı

Azərbaycanda noyabrın 1-də keçiriləcək parlament seçkilərində 1190 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.

"Report"un məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

Qeydə alınan namizdlərin 263-ü siyasi partiyalar, 15-i "Azadlıq-2015" seçki bloku, 2-i təşəbbüs qrupları irəli sürüb. 910 namizəd isə öz təşəbbüsü ilə seçkiyə qatılıb. 
İclasda həmçinin namizədliyin qeydə alınmasından imtina ilə bağlı dairə seçki komissiyalarının qərarları ilə bağlı MSK-ya daxil olmuş bir neçə müraciətə baxılıb. Baxılan müraciətlərin biri üzrə DSK-nın qərarı ləğv edilərək müraciət təmin edilib. Müraciətlərin 4-ü isə təmin edilməyib və DSK-nın qərarı qüvvədə saxlanılıb.  

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür