“Deputatlıq fəaliyyətimə məhkəmə iddiası qaldırmaqla başlamaq istəmədim” - AÇIQLAMA

12:20 | 04.12.2015
“Deputatlıq fəaliyyətimə məhkəmə iddiası qaldırmaqla başlamaq istəmədim” - AÇIQLAMA

“Deputatlıq fəaliyyətimə məhkəmə iddiası qaldırmaqla başlamaq istəmədim” - AÇIQLAMA

Gəncədən deputat seçilən Naqif Həmzəyev Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurucusu Məhəmməd Əmin Rəsulzadə barədə səsləndirdiyi fikirlər ətrafında yaranan ictimai narazılıqla bağlı yeni açıqlama verib.

Modern.az saytı xəbər verir ki, Naqid Həmzəyev bir daha mətbuatın ona qərəz nümayiş etdirdiyini vurğulayıb. O, Məhəmməd Əmin Rəsulzadə barəsində təhqiramiz fikirlər səsləndirmədiyini və heç bir mətbu orqana açıqlama vermədiyini qeyd edib.

Deputat bildirib ki, onun adından yazılan fikirlərə görə "Yeni Müsavat” qəzetini məhkəməyə verə bilərmiş, amma bunu istəməyib. 

"Deputatlıq fəaliyyətimə məhkəmə iddiası qaldırmaqla başlamaq istəmədiyimdən, jurnalistin üstünə getmədim. Mənim leksikonumda təhqiramiz fikirlər yoxdur. Qeyri-rəsmi şəraitdə edilən bir söhbəti qərəzli şəkildə yazıblar, buna təəsüf edirəm. Səsləndirmədiyim fikirləri mənim adımdan veriblər”.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM