Dəşkəsənə sel gəldi

13:30 | 08.07.2014
Dəşkəsənə sel gəldi

Dəşkəsənə sel gəldi

Dəşkəsəndə leysan yağışları nəticəsində rayona sel gəlib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, sel Dəşkəsəndə yol infrastrukturuna ciddi ziyan vurub. Belə ki, sel Daşkəsən-Xoşbulaq yoluna qaya parçaları gətirib. Nəticədə yolda nəqliyyatın hərəkəti dayanıb. Yuxarı Daşkəsən istiqamətində də çınqıl, qaya daşlarının yola tökülməsi nəqliyyatın hərəkətini dayandırıb. Daşkəsən Fövəladə Hallar Komissiyasının sədri Cavanşir Qocayev ANS PRESS-ə açıqlamasında bildirib ki, görülən işlər nəticəsində Xoşbulaqda yol açılıb: "Yuxarı Daşkəsən istiqamətində yol hələ də bağlıdır. Bu istiqamətdə də işlər aparılır".ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM