Diaspor binasında Azərbaycan bayrağı tərsinə asıldı - FOTO

16:59 | 03.04.2019
Diaspor binasında Azərbaycan bayrağı tərsinə asıldı - FOTO

Diaspor binasında Azərbaycan bayrağı tərsinə asıldı - FOTO

Mərkəzi ofisi Kievdə yerləşən Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun Jitomir nümayəndəliyinin qərargahının inzibati binasında Azərbaycan bayrağı tərsinə asılıb.

Bununla bağlı məlumatı jurnalist Toğrul Allahverdili sosial şəbəkədə paylaşıb. 

Görüntüdən bayrağın, həqiqətən, tərsinə asıldığı aşkar görünür. 

Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədri Hikmət Cavadov məsələdən xəbərdar olduqlarını bildirib:

"Ukraynanın əksər vilayətlərində UABD-nın nümayəndəliklərinin qərargahları var. Bu, təşkilatımızın Jitomir vilayətindəki ofisimizin qarşısıdır. Jitomir vilayəti üzrə UBAD sədri Rac Qasımovla bu məsələ barədə danışdıq.

O bildirdi ki, bayraqlar köhnəldiyindən yeniləri ilə əvəz edilib. Bayraqları hazırlayan şirkət isə onu tərsinə asıb. Bir saat ərzində bayraqlar dəyişdiriləcək”.
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti