“Dilmanc” mobil tərcüməçinin yeni versiyası hazırlandı

18:34 | 07.07.2014
“Dilmanc” mobil tərcüməçinin yeni versiyası hazırlandı

“Dilmanc” mobil tərcüməçinin yeni versiyası hazırlandı

Mobil telefonlarda şifahi nitqi tərcümə edən “Dilmanc” tərcümə proqramının dəqiqliyi artırılıb.“Dilmanc” qrupundan “APA-Economics”ə verilən məlumata görə, mobil telefonlarda şifahi nitqi və mətnləri Azərbaycan dilindən digər dillərə və əksinə tərcümə edə bilən “Dilmanc Translator” tərcümə proqramının yeni versiyası istifadəyə verilib.Tərtibatçıların sözlərinə görə, bu versiyada əsas yenilik Azərbaycan dili üçün nitqin tanınması (şifahi nitqin yazıya çevrilməsi) sisteminin keyfiyyətinin artırılması və bəzi mobil telefonlarda tanımanın işləməsi ilə bağlı çətinliklərin aradan qaldırılmasıdır.Qeyd edək ki, “Dilmanc Translator” proqramı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəklədiyi “Dilmanc” layihəsi çərçivəsində hazırlanır və tamamilə ödənişsiz yayılır. İstifadəyə verildiyi 6 ay ərzində istifadəçilər arasında böyük populyarlıq qazanaraq 70 min dəfəyə yaxın köçürülüb. Proqram hələlik yalnız “Android” platformasında işləyir. Layihə rəhbəri Əbülfət Fətullayev proqramın “iOS” və “Windows Phone” üçün hazırlanması, həmçinin yeni tərcümə istiqamətlərinin əlavə edilməsi üzərində işlərin getdiyini bildirib. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM