DİN-dən Kənan M.M-in həbsi ilə bağlı - Açıqlama - YENİLƏNİB

11:54 | 30.07.2014
DİN-dən Kənan M.M-in həbsi ilə bağlı - Açıqlama - YENİLƏNİB

DİN-dən Kənan M.M-in həbsi ilə bağlı - Açıqlama - YENİLƏNİB

Daxili İşlər Nazirliyi rejissor Kənan M.M-in həbsi ilə bağlı açıqlama verib.Nazirliyin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, Vüqar və Vüsal Muradov qardaşları ərizə ilə müraciət ediblər. Muradovlar müraciətlərində bildiriblər ki, Kənan bir qrup şəxslə zor tətbiq edərək onları döyüb. DİN sözçüsü görülən tədbirlər nəticəsində rejissorun saxlanıldığını və qarşı tərəfin əməlini etiraf etdiyini qeyd edib. Bundan sonra Cinayət Məcəlləsinin 221-ci maddəi ilə barəsində cinayət işi açılıb və həbs olunub. Hazırda faktla bağlı istintaq aparılır. Qeyd edək ki, Vüqar Muradov "Yeni Ulduz" yarışmasının iştirakçısı olub və hazırda müğənni kimi tanınır.

ANN.Az

11:35

Xəbər verdiyimiz kimi, tanınmış rejissor Kənan M.M dünən həbs olunub."axşam.az" saytı rejissorun müğənni həyat yoldaşı Aygün Mahmudova ilə əlaqə saxlayıb. Sənətçi məsələdən xəbərsiz olduğunu bildirib:“Bu haqda heç nə danışmayacam. Mənim Kənanın həbsindən xəbərim yoxdur. Hazırda Bakıda deyiləm. Heç onunla əlaqə saxlamamışam”.

ANN.Az

11:07

Məşhur rejissor Kənan M.M həbs olunub.

Binəqədi Rayon Polis İdarəsindən “Qafqazinfo”ya daxil olan məlumata görə, rejissor dünən saxlanılıb.

Kənan M.M-ə xuliqanlıq maddəsi ilə cinayət işi də açılıb.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM