DİN Günel Mövludun qardaşlarının həbsi ilə bağlı məlumat yaydı

12:33 | 14.10.2015
DİN Günel Mövludun qardaşlarının həbsi ilə bağlı məlumat yaydı

DİN Günel Mövludun qardaşlarının həbsi ilə bağlı məlumat yaydı

 
Daxili İşlər Nazirliyi şairə Günel Mövludun qardaşlarının həbsinə aydınlıq gətirib.
 
Nazirliyin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov APA-nın sorğusuna cavabında  bildirib ki, dünən polis orqanlarına daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən müvafiq tədbirlər nəticəsində Vəkil İmanov Biləsuvar rayonunda, onun qardaşı Raci İmanov isə Sumqayıt şəhərində saxlanılıblar: "Hal şahidlərinin iştirakı ilə üzərilərinə keçirilən baxış zamanı onlardan narkotik vasitə olan marixuana götürülüb. Hazırda hər iki faktla bağlı araşdırmalar aparılır”.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM