DİN nümayəndəsindən “Murmanskdakı hadisə ilə bağlı açıqlama

15:10 | 05.12.2013
DİN nümayəndəsindən “Murmanskdakı hadisə ilə bağlı açıqlama

DİN nümayəndəsindən “Murmanskdakı hadisə ilə bağlı açıqlama

“Murmanskda silahlı insident zamanı qətlə yetirilən şəxslər Azərbaycan vətəndaşı, yaralanan şəxs isə Rusiya vətəndaşı olub”.Bunu APA-nın Moskva müxbirinə açıqlamasında Azərbaycan Daxili İşlər Nazirliyinin Rusiya Federasiyasındakı nümayəndəsi, polis polkovniki Eldar Səmədov bildirib. Onun sözlərinə görə, dekabrın 4-də axşam saatlarında Murmansk şəhərinin Xibinski döngəsi, ev 12 ünvanında yerləşən meyvə-tərəvəz bazasında iki nəfərin qətli, bir nəfərin ağır yaralanması ilə nəticələnən silahlı insident baş verib: “Aparılan araşdırmalar nəticəsində məlum olub ki, qətlə yetirilən şəxslər Azərbaycan vətəndaşları - 1976-cı il təvəllüdlü Sədi Əzizov və 1970-ci il təvəllüdlü Nəriman Axundov olublar. Yaralanan şəxs isə Rusiya vətəndaşı, 1971-ci il təvəllüdlü Həbib Kərimov olub. Qətlin kim və ya kimlər tərəfindən törədildiyi hələ bilinmir”.E.Səmədov faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105.2-ci (iki və ya daha çox adamı qəsdən öldürmə) maddəsi ilə cinayət işi açıldığını və araşdırmaların aparıldığını söyləyib: “Baş verən hadisə Azərbaycanın Rusiyadakı səfirliyi və Daxili İşlər Nazirliyinin diqqətindədir”.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM