DİN Zaqatalada 4 nəfərin güllələndiyi hadisə ilə bağlı məlumat yaydı

15:05 | 25.11.2013
DİN Zaqatalada 4 nəfərin güllələndiyi hadisə ilə bağlı məlumat yaydı

DİN Zaqatalada 4 nəfərin güllələndiyi hadisə ilə bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi noyabrın 24-də saat 16.00 radələrində Zaqatala rayonu Yuxarı Tala kəndinin ərazisində baş vermiş silahlı insidentlıə bağlı məlumat yayıb. 

ANN.Az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, kənd ərazisində “VAZ-2107” markalı avtomobili idarə edən naməlum şəxs Balakən rayon sakini Vüsal Əliqayevin idarə etdiyi “Hyundai” markalı avtomobilin istiqamətində avtomat silahdan atəş açıb. V.Əliqayevin sərnişinləri - Balakən rayon sakini Kamil Hüşənov, Bakı şəhər sakinləri Vasif Cəfərov və Vüqar Rəcəbov aldıqları güllə yarasından hadisə yerində ölüb, özü isə xəsarət alıb.

 

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin Balakən rayon sakini Samir Osmanov tərəfindən törədilməsi müəyyən edilib. Faktla əlaqədar cinayət işi başlanıb.

 

Polis və prokurorluq orqanları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən şəxsin tapılıb-tutulması istiqamətində istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri aparılır.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM