Dini etiqada məcbur etməyə görə cəzalar sərtləşdirilir - Azərbaycanda

16:21 | 11.08.2014
Dini etiqada məcbur etməyə görə cəzalar sərtləşdirilir - Azərbaycanda

Dini etiqada məcbur etməyə görə cəzalar sərtləşdirilir - Azərbaycanda

Azərbaycanda Dinə etiqad etməyə məcbur etmə və dini ayinlərin icrası adı ilə vətəndaşların hüquqlarına qəsd etmə ilə bağlı cəzaların sərtləşdirilməsi gözlənilir.

Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı Cinayət Məcəlləsinə  dəyişikliklər təklif olunur.

Təklif olunan dəyişikliyə görə, adıçəkilən qanunları pozanlar 5 min manatdan 10 min manata qədər cərimə və 6 ilə qədər azadlıqdan məhrum etmə ilə cəzalanacaq.

Bu cəzanın hazırkı variantında qanunu pozanlar 3 min manatdan 5 min manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri, yaxud 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM